Dünya

Ərdoğan Pakistanın baş nazirinə başsağlığı verdi

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

Prezident Aparatının Kommunikasiyalar idarəsindən verilən məlumata görə, söhbətin əsas mövzusu Pakistanda güclü musson yağışlarının səbəb olduğu sel fəlakəti olub.

“Həyatını itirən pakistanlılara Allahdan rəhmət, yaralılara şəfa diləyən prezident Ərdoğan hər zaman olduğu kimi bu çətin gündə də qardaş Pakistan xalqına hər cür dəstəyi verməyə hazır olduqlarını bildirib”, – məlumatda qeyd olunub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir