Cəmiyyət

Gömrük Komitəsinin daha iki vəzifəli şəxsi ilə bağlı məhkəmə QƏRARI

Sharing is caring!

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanının təqdimatına baxılıb.

Bizim.Media xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin olunub. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Səbail Rayon Məhkəməsi tərəfindən həbs edilən DGK-nin Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun barəsində də həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

​​​​​​​Məhkəmə təqdimatı təmin edib və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Xatırladaq ki, ötən həftə adı çəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Qeyd edək ki, bundan əvvəl “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində də həbs qətimkan tədbiri seçilib.

Ehtitram Xəlilov da külli miqdarda rüşvət almaqda ittiham edilir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir