Dünya

Çinin Hebey vilayətində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert olub – FOTO

Sharing is caring!


Çinin Hebey vilayətinin Lanfan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Azərbaycan-Çin dostluq konserti” təşkil olunub.

Lanfandakı İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində keçirilən konsert Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib.

Konsertdə Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi altında “Qaytağı” instrumental ansamblının və “Mirvari” rəqs qrupunun ifasında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun, Tofiq Quliyevin və başqalarının əsərləri, xalq mahnıları və rəqsləri, habelə ənənəvi Çin xalq mahnısı, Ağdam Xan Şuşinski Adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdi Mətin Cəfərovun ifasında “Qarabağ şikəstəsi”  təqdim olunub.

İncəsənət ustalarımızın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir