Cəmiyyət

Qaxda təhlükəli serena xəstəliyi yayılıb – VİDEO

Sharing is caring!


Keyfiyyətli və təbii balın vətəni olan Qaxda hər il onlarla arıçı öz təsərrüfatlarında bəslədikləri arı ailələrindən yay aylarında bol məhsul əldə edir. Ancaq 2023-cü ildə arılar arasında yayılan “Nozema serena” adlı xəstəlik arıçılar arasında təşvişə səbəb olub.

Belə ki, bu xəstəliyə yoluxan arılar yeşiklərində deyil, açıq havada, yəni iş vaxtı tələf olurlar. Arıçılar bu xəstəliyin son illər ilk dəfədir ki, baş verdiyini bildirirlər.

20 ildir arıçılıqla məşğul olan Kamran Seydəli söyləyib ki, virusa görə təkcə onun təsərrüfatında ziyanın həcmi 25 faiz olub. Xəstəlik, əsasən, rayonun orta zolağına düşən hissədə özünü göstərib.

Kütləvi azalmaya məruz qalan arı təsərrüfatları əgər özlərini bərpa edə bilməsələr, bu vəziyyət bal qiymətlərinə də təsir edə bilər. Azalan məhsuldarlıq balın yüksək qiymətə satılma ehtimalını artırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir