Cəmiyyət

Bakıda kilsədə Azərbaycan dilində dua oxundu – VİDEO

Sharing is caring!

Bakıda yerləşən Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında ilk dəfə olaraq Azərbaycan dilində dua oxunub.

Videonu Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksey öz “Facebook” səhifəsində paylaşıb.

Keşişin duanı oxuyarkən Azərbaycan dilinə müraciət etməsi maraqla qarşılanıb.

Qeyd edək ki, kilsə 1909-cu ildə memar Verjbitskinin layihəsi əsasında məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib.

1920-ci ildə sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olub, onun baş keşişi isə güllələnib. Məbəd kommunist rejimi vaxtı anbar kimi fəaliyyət göstərib.

1991-ci ildə Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı Rus Pravoslav Kilsəsinin sərəncamına verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir