Cəmiyyət

TƏBİB-in icraçı direktoru əmr imzaladı: Ana ölümləri ilə bağlı komissiya yaradıldı – FOTO

Sharing is caring!


“Bütün ana ölümləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aidiyyəti komissiyası tərəfindən araşdırılır və nəticəyə əsasən müvafiq tədbirlər görülür”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər.

Qeyd edilib ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, hazırda birliyin tabeliyindəki perinatal mərkəzlərin dəyərləndirilməsi aidiyyəti üzrə komissiya tərəfindən həyata keçirilir:

“Artıq Quba və Şəki Perinatal mərkəzlərində komissiya təşkil olunub, tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər verilib. Komissiya tərəfindən digər perinatal mərkəzlərin də dəyərləndirilməsi qısa müddətdə həyata keçiriləcək”.

Qeyd edək ki, ötən ilin yanvar ayından fəaliyyətə başlayan Lənkəran Perinatal Mərkəzində dünən üçüncü ana ölümü baş verib. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən və TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir