Dünya

Ukraynanın müdafiə naziri Türkiyədən üzr istədi – FOTO

Sharing is caring!


Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bir neçə gün əvvəl İspaniyanın “La Razon” nəşrinə müsahibəsində ölkəsində gedən müharibədə həlak olanların sayı ilə Türkiyədə dağıdıcı zəlzələdə ölənlərin sayını müqayisə etdiyinə görə rəsmi Ankaradan üzr istəyib.

Reznikov üzrxahlıq mətnini özünün “Twitter” səhifəsində dərc edib.

“Ukraynalılar türk xalqının dərdinə şərikdirlər. Biz minlərlə günahsız insanı dəfn etməyin nə olduğunu başa düşürük. Ukraynada və Türkiyədə olan hər kəsdən səmimi qəlbdən üzr istəyirəm”, – nazir vurğulayıb.

Xatırladaq ki, bu il fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində 50 mindən çox insan həlak olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir