Cəmiyyət

Gimnastlarımız beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar – FOTO

Sharing is caring!


Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində Azərbaycan gimnastları qızıl və gümüş medallar qazanıblar.

“Report”un məlumatına görə, böyüklərdən ibarət millinin üzvləri Zöhrə Ağamirova və Alina Gözəlova komanda hesabında birinci olublar.

Bundan əlavə, bu gün başa çatan fərdi çoxnövçülük proqramında Zöhrə Ağamirova qızıl, Alina Gözəlova isə gümüş medala layiq görülüb.

Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı Azərbaycanın gənclərdən ibarət qrup komandasının üzvləri isə çoxnövçülük proqramında gümüş medal qazanıblar.

Qeyd edək ki, “AGF Trophy” beynəlxalq turniri aprelin 16-dək davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir