Cəmiyyət

Bakıda 39 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Sharing is caring!


Bakının Nizami rayonunda 39 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı yaralanıb.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Şıxəliyev Nizami Zeynal oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq və oturaq sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir