Cəmiyyət

Bakıda kişi arvadını butulka ilə döydü, məhkəmə isə…

Sharing is caring!


Bakıda kişi qışqırmasına irad bildirən həyat yoldaşını əlində olan şüşə butulka ilə döyüb. 

“Qaynarinfo” xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki fərdi evlərin birində baş verib.

Belə ki, İlqar (şərti) onun qışqırmasına irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əlində olan şüşə butulka ilə arvadı Xatirənin (şərti) çiyin nahiyəsindən vurub. Nəticədə Xatirə sol bazu nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarət alıb.

İlqar məhkəmə iclasında Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib, arvadı Xatirə ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edib.

Məhkəmə iclasında Xatirə ərini etdiyi hərəkətə görə bağışladığını və onunla barışdığını dilə gətirib. 

Məhkəmənin qərarı ilə İlqar Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir