İdman

Çempionlar Liqasında Azərbaycanın ən güclüsünü gözləyənlər

Sharing is caring!


Çempionlar Liqasının (ÇL) 2023/24 mövsümünün təsnifat mərhələlərinin 15 iştirakçısı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, ilkin və II təsnifat mərhələlərinin hərəsində mübarizəyə başlayacaq komandalardan biri, II təsnifat mərhələsində start verəcək kollektivlərdən 13-ü məlum olub.

İlkin mərhələdə yarışacaq İslandiya çempionu “Breydablik” və II təsnifat mərhələsindən start götürəcək Norveç “Molde”si səpələnmişlər səbətində yer alacaqlar. I təsnifat mərhələsinin 13 iştirakçısından 4-ü güclülər, 2-si zəiflər səbətində qərarlaşacaq. 7 komandanın yeri hələlik məlum deyil.

Çempionlar Liqası
I təsnifat mərhələsi

Səpələnmişlər: “Astana” (Qazaxıstan), “Jalgiris” (Litva), HİK (Finlandiya), “Flora” (Estoniya)
Səpələnməmişlər: “Valmiera” (Latviya), “Hamrun” (Malta)
Qeyri-müəyyənlər: “Şamrok Rovers” (Şimali İrlandiya), TNS (Uels), “Linkoln” (Cəbəllütariq), “Şaxtyor” (Soliqorsk, Belarus), “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Haken” (İsveç)

Azərbaycan çempionu mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Premyer Liqada 29 turdan sonra “Qarabağ” 77 xalla vahid liderdir. Sona 7 tur qalmış Ağdam klubu ən yaxın izləyicisi “Sabah”ı 12 xal üstələyir. Növbəti iki oyunda “atlılar”ın çempionluğu rəsmiləşə bilər.

“Qarabağ” çempion olsa, ÇL-də səpələnmişlər sırasında yer alacaq. Nəzəri olaraq şansları qalan “Sabah” və “Neftçi” isə nisbətən zəiflərin sırasında qərarlaşacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir