Cəmiyyət

Gəncədə məşhur supermarketin anbarında yanğın olub

Sharing is caring!


Gəncə şəhərində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, “Bazarstore” MMC-nin ümumi sahəsi 1210 kvadratmetr olan mağazasının anbarında sahəsi 6 kvadratmetr olan iş otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir