Mədəniyyət

Azərpaşa Nemətovun dostu: “Sürücüsü görüb ki, qonaq otağında yıxılıb”

Sharing is caring!


Xalq artisti Rafiq Əzimov ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətovun ölümündən danışıb.

Rafiq Əzimov Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

“Evdə tək olub. Özünü pis hiss edəndə Mehman adlı sürücüsünə zəng edib və vəziyyətinin yaxşı olmadığını deyib. Ondan evə gəlməsini xahiş edib və qapını da açıq qoyub. Sürücüsü deyir, içəri girəndə görüb ki, qonaq otağında yıxılıb.

Ölüm haqdır, amma sənətkarın qəfil, bu cür ölümünü gözləmirdik. Onurğasından əməliyyat keçirmişdi. O vəziyyətdə teatra gəlib tamaşalar hazırlayırdı. Allah rəhmət eləsin, ruhu şad olsun”.

Qeyd edək ki, Azərpaşa Nemətov 76 yaşında dünyasını dəyişib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir