Cəmiyyət

FHN: Ötən sutka 28 yanğına çıxış olub, dörd nəfərin meyiti aşkarlanıb

Sharing is caring!


Ötən sutka ərzində 28 yanğına çıxış və iki halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı üç nəfər xilas edilib, həmçinin yanğın zamanı dörd nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir