Cəmiyyət

Qubalıların özünəməxsus adəti – VİDEO

Sharing is caring!


Qubada hər il Novruz bayramından 13 gün sonra “səməniatdı” mərasimi keçirilir. Belə ki, sakinlər aprel ayının 2-də Qudyalçayın üzərindəki körpüyə gəlib arzu, niyyət edərək əllərindəki səməniləri çaya atırlar. 

İnanca görə, səmənini suya atan şəxsin arzusu növbəti Novruz bayramına kimi həyata keçir. Arzusu reallaşan şəxs növbəti bayramda yenidən mərasimə qatılır və burada olanlara şirniyyat paylayır. 

Qeyd edək ki, bu adət Qubada uzun illərdir ki, qorunub saxlanılır. Son illər isə Qudyalçayın üzərindəki körpüdə “Səməniatdı” mərasiminə tək qubalılar yox, ətraf rayonların sakinləri də gəlirlər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir