Cəmiyyət

Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb – FOTO

Sharing is caring!


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iki həftə ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri əvvəllər məhkum olunmuşlar İlqar Orucov və Vüsal Məmmədov tutulublar.

Aparılan müvafiq baxış zamanı İ.Orucovdan 1 kiloqram 110 qram marixuana və  V.Məmmədovdan isə külli miqdarda heroin aşkar edilərək götürülüb. 

Bundan başqa son iki həftə ərzində keçirilən tədbirlərlə daha 9 nəfər də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılıblar. Bu əməliyyatlar zamanı isə 3 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Həmin şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir