Cəmiyyət

Ağcabədidə məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın olub

Sharing is caring!


Ağcabədi şəhərində məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli (arakəsmə divarları taxta konstruksiyadan ibarətdir) tikilidə yanğın olub.

Bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 24 kvadratmetr olan otağın yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 16 kvadratmetr olan otağın arakəsmə divarı 4 kvadratmetr sahədə və ev əşyaları yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir