Dünya

Lavrov Mirzoyanla üçtərəfli razılaşmaları müzakirə edəcək

Sharing is caring!


Martın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə danışıqlar aparacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, danışıqlarda nazirlər “ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi inteqrasiya birliklərində – MDB, Aİİ, KTMT-də əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımları” müzakirə edəcəklər.

XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, görüş zamanı həmçinin Laçın yolu ətrafında vəziyyətin nizamlanması, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlərin icrası müzakirə olunacaq.

“Biz gözləyirik ki, qarşıdan gələn görüş İrəvanla dialoqun keyfiyyətinin yüksəldilməsinə, eləcə də Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində işlərə kömək edəcək”, – deyə Zaxarova əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir