Cəmiyyət

Vüsal Hüseynov: “Azərbaycan miqrasiyanı inkişaf amili kimi qəbul edir”

Sharing is caring!

“Miqrasiya mürəkkəb fenomendir. Düşünürəm ki, bu məsələyə optimist nöqteyi-nəzərindən baxmaq lazımdır. Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurdlarını tərk edib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra onların doğma torpaqlarına qayıtmasını təmin etməyə başladı. Əsas məsələ miqrasiyanı doğuran kök səbəbləri aradan qaldırmaqdır. Azərbaycan miqrasiyanı inkişaf amili kimi də qəbul edir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov paytaxtımızda təşkil edilən X Qlobal Bakı Forumu çərçivəsində “Miqrasiya qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi” mövzusunda martın 10-da keçirilən panel müzakirələrdə deyib.

İqlim dəyişikliyi, yoxsulluq, münaqişələr nəticəsində miqrasiya edənlərin sayının artdığını qeyd edən Dövlət Miqrasiya Xidmətinin rəisi bu məsələnin qlobal gündəmi zəbt etdiyini bildirib. Qeyd edib ki, COVID-19 pandemiyası da miqrasiyada rəqəmlərin artmasına öz təsirini göstərib.

O, miqrasiya probleminin həlli üçün qeyri-bərabərliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Bunun üçün beynəlxalq sənədlərin mövcud olduğunu da diqqətə çatdırıb.

“Azərbaycan miqrasiya məsələlərində başqa ölkələrlə sıx əməkdaşlıq edir. Treninqlər keçirilir. Treninqlərə region ölkələri də dəvət olunacaq. Bu, ölkəmizin potensialını artırmağa imkan verəcək. Miqrasiya bir ehtiyacdır və buna uyğunlaşmaq lazımdır. Bu məsələyə optimist yaxınlaşsaq, faydalarını da görmək mümkündür”, – deyə Vüsal Hüseynov bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir