Cəmiyyət

Ayyarımlıq sakitlikdən sonra Nikolayevdə həyəcanlı anlar – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Nikolayev və Xerson vilayətlərində son sutkada hava həyəcan siqnalları dayanmayıb.

“Təxminən bir ay yarım idi ki, Nikolayevdə sakitlik idi. Hava həyəcan siqnallarının yenidən artması sakinlərin narahatlığına səbəb olub”, – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi İlkin Hacıyev Donbasda gedən döyüşlərdə həlak olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir