Cəmiyyət

Bədəni yanan 11 yaşlı Sabirin anası imdad diləyir: “Satmağa heç nəyim qalmayıb” – FOTO

Sharing is caring!

11 yaşlı Sabir Mustafayevin sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Leyla Mustafayeva məlumat verib.

O bildirib ki, oğlu Sabir dekabrın 26-da evdə sobanı yandırmaq istəyərkən yanıb.

“Sabirin 11 yaşı var. Evdə sobaya neft töküb yandırmaq istəyərkən özü yanıb. Bədənində üzü və bir qolu çıxmaqla, demək olar ki, hər yeri yanıb. Dekabrın 26-da Lənkəranda xəstəxanaların birinə yerləşdirsək də, vəziyyəti ağırlaşdığı üçün onu Bakıya gətirməyə məcbur olduq. Sabir bir neçə dəfə fərqli nahiyələrindən dəriköçürmə əməliyyatı keçirib. Hazırda Sabirin müalicəyə ehtiyacı var. Ağrıları çoxdur, dərmanlarını və mazlarını almağa imkanım yoxdur. İnanın yemək almaqda belə çətinlik çəkirəm”.

Leyla Mustafayeva qeyd edib ki, üç övladına özü tək baxır.

“Yoldaşım bir il əvvəl həbs edilib. Həbs edilməzdən əvvəl evdə hər şeyi satıb. Övladımı müalicə etdirə bilmək üçün satmağa da heç nəyim qalmayıb. Övladımın əməliyyatdan sonra reabilitasiya prosesi və dərmanları üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən mənim övladıma kömək etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə: 077 316 71 93

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir