Cəmiyyət

Azərbaycan Vətən müharibəsində şəhid olan qəhrəman övladlarını yad edir – FOTO

Sharing is caring!

Səhər saatlarından əhali İkinci Fəxri xiyabana axın edir. Nazirliklərin rəsmi şəxsləri, millət vəkilləri Fəxri xiyabanda şəhidləri ziyarət edirlər.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qüdrətli Ordumuz 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladı. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizlədi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı 44 gün davam etdi, noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edildi.

Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı nəfər isə itkin düşüb. 

Photostock.az İkinci Şəhidlər xiyabanından kadrları qeydə alıb.

Daha çox şəkil burada: Photostock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir