Cəmiyyət

Tovuzda ikimərtəbəli evdə yanğın olub

Sharing is caring!

Tovuzda ikimərtəbəli evdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 360 kvadratmetr (hər mərtəbəsi 180 kvadratmetr) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin tavanı 30 kvadratmetr sahədə və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 140 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir