Siyasət

Azərbaycan səfiri Keniyanın baş naziri ilə görüşüb – FOTO

Sharing is caring!


Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev ölkənin Baş naziri Musalia Mudavadi ilə görüş keçirib.

Görüş Mudavadinin cari ilin mart ayında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Bakıya səfəri haqqında xoş xatirələrlə başlayıb.

Səfir Hacıyev 30 illik işğal ərzində Ermənistan tərəfindən viran edilmiş və 44 günlük müharibə nəticəsində azad edilmiş Azərbaycan torpaqlarına əhalinin qayıdışı məqsədilə həyata keçirilən irimiqyaslı bərpa və yenidənqurma işləri, bu günə qədər dinc əhalinin həyatına ölümcül təhlükə yaradan və çoxsaylı qurbanlara səbəb olan mina təhlükəsi və minatəmizləmə haqqında məlumat verib. Səfir, eyni zamanda, Ermənistanın davam edən qeyri-konstruktiv addımları barədə danışıb. Ermənistanın təxribatlarına baxmayaraq, Azərbaycanın bölgədə sülh və inkişaf naminə səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.

Görüş zamanı Azərbaycan-Keniya münasibətlərinin daha da inkişaf etdirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb. İnformasiya və kommunikasiya texnologiyaları, enerji, turizm, investisiya, kiçik və orta biznesin əməkdaşlığı, ticarət, mədəniyyət, idman və bir çox digər sahələrdə əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

Daha sonra qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir