Siyasət

Baş nazir Əli Əsədov Dağıstan rəhbərinə başsağlığı verib

Sharing is caring!


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov çoxsaylı insan itkilərinə səbəb olan Mahaçqaladakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, Əli Əsədov Dağıstanın rəhbərinə, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.

Xatırladaq ki, Mahaçqala şəhərində dünən yerli vaxtla saat 21:50-də yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində 30 nəfərin öldüyü, 100 nəfərdən çox insanın yaralandığı bildirilib. Yaralıların içində azyaşlılar da var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir