Cəmiyyət

“Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsinin icrasına davam edilir – FOTO

Sharing is caring!

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyinin “Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsinin icrasına davam edilir. Belə ki, layihə çərçivəsində ikinci təlim 25.02.2023-cü il tarixində Şəki rayonu Heydər Əliyev Mərkəzində təşkil olunub. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev” ili elan edilməsi ilə əlaqədar olaraq Gənc Mühasiblər İctimai Birliyi “Mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsinin ikinci təlimini Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil edilməsinə xüsusi diqqət etmişdir.

Layihənin əsas məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir.

Təlimə başlamazdan öncə, Gənc Mühasiblər İctimai Birliyi heyəti və təlim iştirakçıları Xocalı faciəsinin qurbanlarını 1 dəqiqəlik sükutla yad ediblər.

Təlim zamanı:

– Karyera haradan başlayır?

– Peşə yoxsa peşəkar?

– Sən də mühasib ola bilərsən

– Mühasibat uçotu nədir?

– Maliyyə hesabatları və hesablar planı

– Maya dəyərinin hesablanması mövzuları tədris olunub.

Təlimin sonunda iştirakçılar Gənc Mühasiblər İctimai Birliyi tərəfindən sertifikatla təltif edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir