İdman

İngiltərə Premyer Liqası: “Arsenal” “Vest Hem”i darmadağın etdi – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasının 24-cü turunun oyununda Londonun “Vest Hem” və “Arsenal” klubları üz-üzə gəliblər.

Oxu.Az xəbər verir ki, oyun Londonda (İngiltərə) Olimpiya Stadionunda baş tutub. Qarşılaşmanı Kreyq Pousonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Bakı vaxtı ilə saat 19:00-da start fiti səslənib. Oyun “Arsenal”ın 6:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Artıq ilk hissədə qonaqlar dörd qolluq ehtiyat yaradıblar. Uilyam Saliba, Bukayo Saka (penalty ilə), Qabriel Maqalyans və Leandro Trossard hərəyə bir qol vurublar. Fasilədən sonra “Arsenal” “Vest Hemi” məğlubiyyətə qovuşdurdu. Saka 63-cü dəqiqədə dubla imza atıb, iki dəqiqə sonra isə Deklan Rays tabloda yekun hesabı müəyyənləşdirib.

Beləliklə, “Arsenal” 52 xal toplayıb. 24 matçdan sonra “kaninirlər” İngiltərə çempionatının turnir cədvəlində üçüncü yeri tutublar. “Vest Hem” isə 38 xalla səkkizinci yerdədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir