Cəmiyyət

İZİA-nın Peşə Təhsil Mərkəzi Macarıstan şirkəti ilə əməkdaşlıq edəcək

Sharing is caring!

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi ilə Macarıstanın “Vibrocomp International” MMC şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İZİA-dan verilən məlumata görə, Memorandumu Peşə Təhsil Mərkəzinin direktoru Yadullah Babayev və “Vibrocomp International” MMC-nin icraçı direktoru Pal Zoltan Bite imzalayıblar.

İZİA-nın Peşə Təhsil Mərkəzində keçirilmiş görüş çərçivəsində imzalanmış memoranduma əsasən qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, ətraf mühitin mühafizəsi ilə bağlı birgə təlimlərin keçirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi, ikitərəfli səfərlərin təşkili və s. məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Vibrocomp International” MMC Macarıstanın ətraf mühit və mülki mühəndislik sahəsi üzrə konsultant şirkətidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir