Dünya

Britaniya nəşri yazdı: İsrail Müdafiə Qüvvələri hərbi əməliyyatı dayandıra bilər?

Sharing is caring!


İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında “Əş-Şifa” xəstəxanasına nəzarəti ələ keçirdikdən sonra hərbi əməliyyata fasilə verə bilər.

Bu barədə Britaniyanın “Financial Times” nəşri İsrail və onun qərb tərəfdaşları arasında danışıqların gedişatı ilə tanış olan mənbəyə istinadən məlumat verib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, İDF bu imkanı nəzərdən keçirir və götürdüyü fasilədən xəstəxanadakı insanların dindirilməsi, logistikanın optimallaşdırılması üçün istifadə edə bilər. Bundan sonra isə əsas diqqətini Qəzza şəhərinin mərkəzi və şərq hissəsindəki əməliyyatlara yönəldə bilər.

Nəşr qeyd edib ki, fasilədən, həmçinin Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün də istifadə oluna bilər. Mənbədən bildirildiyinə görə, girovların azad edilməsi ilə bağlı ABŞ və İsrailin vasitəçi rolunu oynayan Qətər hakimiyyəti ilə apardığı danışıqlar uğurla davam edir.

Qeyd edək ki, daha əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağında yerləşən “Əş-Şifa” xəstəxanasında məqsədyönlü əməliyyatın keçirdilməsi ilə bağlı açıqlama verib. İsrail Müdafiə Qüvvələrindən verilən bəyanata görə, əməliyyat zamanı silahlar, hərbi texnika və HƏMAS-ın komandanlıq qərargahı aşkar edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir