İdman

“Neftçi” xorvatiyalı futbolçu ilə müqavilə imzalayacaq

Sharing is caring!


İvan Brkiç “Neftçi”də qalacaq.

Oxu.Az saytının əldə etdiyi məlumata görə, “ağ-qaralar” xorvatiyalı qapıçının çıxışından razıdırlar. Bu səbəbdən onunla yeni müqavilə imzalanacaq. Tərəflər artıq sövdələşməni razılaşdırıblar.

27 yaşlı qolkiperin hazırkı sözləşməsi mövsümün sonuna qədərdir. Brkiç 2022-ci ilin yanvarında Latviyanın “Riqa” klubundan “Neftçi”yə keçib.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir