Cəmiyyət

Naxçıvanda etirazlara səbəb olan deputat-direktorun yerinə TƏYİNAT – FOTO

Sharing is caring!

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə yeni direktor təyin olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün məktəbin müəllimi Tahirə Qasımova direktor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, fevralın 1-də məktəbə yeni təyin edilən direktor Turan Məmmədli ilə müəllimlər arasında insident baş vermişdi və müəllimlər dərs saatlarının azaldılmasına şikayətlərini bildirmək məqsədi ilə dərsə girməmişdilər. İki gün sonra isə direktor vəzifəsindən azad edilmişdi.

Xatırladaq ki, Turan Məmmədli Naxçıvan Ali Məclisinin deputatıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir