Cəmiyyət

Nazirlik əməkdaşları 28 yaşlı gənci ölümdən xilas ediblər

Sharing is caring!


Bakının Pirallahı rayonunda intihara cəhdin qarşısı alınıb.

“Report”un məlumatına görə, Qala qəsəbəsində 1995-ci il təvəllüdlü Yalçın Fərman oğlu Mehtiyev yaşadığı evdə kəsici alətlə bədəninə çoxsaylı xəsarətlər yetirib.

Y.Mehtiyev hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu tərəfindən yaşadığı evdən çıxarılaraq təcili tibbi yardımın əməkdaşlarına təhvil verilib və xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona komatoz vəziyyət diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir