Cəmiyyət

Goranboyun bir neçə kəndi işıqsız qaldı

Sharing is caring!

Yağışlı hava şəraiti səbəbindən Goranboyun bir neçə kəndində elektrik enerjisinin verilməsində problemlər yaranıb.

“Report”un məlumatına görə, bir saatdan çoxdur ki, Goranboy rayonunun Boluslu, Məşədiqaralar və Eyvazalılar kəndində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Kəndin sakinlərinin bildirdiyinə görə, bu kəndlərdə elektrik enerjisinin verilməsində yaranmış fasilələr əsasən hava şəraiti səbəbindən olur. Küləkli və ya yağıntılı hava şəraiti müşahidə olunan zaman bir xətt üzərinə olan bu kəndlərdə elektrik enerjisinin verilməsində problemlər yaranır.

Aidiyyəti qurumlardan isə bildirilib ki, hazırda yaranmış problemin həlli ilə məşğul olunur və qısa zamanda adıçəkilən kəndlərdə elektrik enerjisinin verilməsi bərpa olunacaq.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir