Cəmiyyət

Agentlik rəsmisi: “Son qərar AMADA-nın hansısa qurumun tabeliyinə verilməsi ilə bağlı deyil”

Sharing is caring!

“Bu qərar AMADA-nın hansısa qurumun tabeliyinə verilməsi ilə bağlı deyil”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat katibi Vamiq Nəsirov dopinqlə bağlı qərarların mübahisələndirmə hüququnun Gənclər və İdman Nazirliyindən alınaraq Səhiyyə Nazirliyinə verilməsi qərarını şərh edərkən deyib.

O bildirib ki, AMADA publik hüquq şəxs, müstəqil qurumdur:

“İdmançılar bizim qəbul etdiyimiz qərarlardan apellyasiya şikayəti verə bilərlər. Yəni onların qərarla razılaşmamaq, onu mübahisələndirmək hüquqları var. Bununla bağlı fəaliyyət göstərən iki komissiya var. Biri İntizam, digəri isə Apellyasiya Komissiyasıdır. Burada qərar həmin komissiyaların Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bağlıdır. Həmin qurumlar onsuz da AMADA-dan ayrı, Gənclər və İdman Nazirliyinə tabe idilər”.

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda dopinqlə bağlı qərarların mübahisələndirmə hüququ Gənclər və İdman Nazirliyindən (GİN) alınaraq Səhiyyə Nazirliyinə verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir