İdman

Ağırlıqqaldıranlarımız Avropa çempionatını 9 medalla başa vurdular

Sharing is caring!

Ağırlıqqaldırma üzrə Azərbaycan yığması Albaniyanın Dürres şəhərində 20 və 23 yaşadək gənclər arasında keçirilən Avropa birinciliyini 9 medalla (3 qızıl, 4 gümüş və 2 bürünc) başa vurub.

Azərbaycan Ağır Atletika Federasiyasından Oxu.Az-a verilən məlumatına görə, sonuncu yarış günündə 20 yaşadək idmançıların mübarizəsində Əli Şükürlü (109 kq) birdən qaldırmada 161 kiloqram ağırlığın öhdəsindən gələrək bürünc medala sahib çıxıb.

O, təkanla hərəkətdə 189 kiloqramı ram edərək 6-cı yeri tutub. Şükürlü toplam 350 kq (161+189) nəticə ilə yekun sıralamada 4-cü olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir