Dünya

Ekspert: “Aİ Ermənistanı üçtərəfli bəyanatların yerinə yetirilməsinə məcbur etməlidir”

Sharing is caring!

“Avropa İttifaqı (Aİ) Ermənistan hökumətini Azərbaycan və Rusiya ilə imzalanmış üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərini yerinə yetirməsinə məcbur etməlidir”.

Bunu “Report”a açıqlamasında beynəlxalq münasibətlər üzrə pakistanlı analitik Xalid Taymur Əkrəm Aİ-nin Ermənistanda mülki missiyasının işə başlamasına münasibət bildirərkən deyib.

“Bakı hər zaman mübahisəli məsələlərin sülh yolu ilə həllinin tərəfdarı olub və meydana çıxan problemlərin həllinə hazır olub”, – deyə ekspert qeyd edib.

Ekspert əlavə edib ki, Azərbaycan Asiya ilə Avropa arasında əsas haba çevrilib və o, Aİ üçün mühüm strateji tərəfdaşdır.

Xalid Taymur Əkrəm vurğulayıb ki, bu yaxınlarda keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin olunması üçün bir çox mühüm tövsiyələr verib:

“Prezident İlham Əliyev hər zaman Ermənistanla sülhün tərəfdarı olub və İrəvanı sülh prosesi ilə bağlı mövqeyini aydınlaşdırmağa çağırıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir