İdman

Azərbaycan millisinin sabiq kapitanı: “Bu Avstriyadan ən azı bir xal almalı idik”

Sharing is caring!


“Yığmamız bu Avstriyadan ən azı bir xal almalı idi”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq kapitanı Rahid Əmirquliyev AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirilən oyunla bağlı danışarkən deyib.

34 yaşlı futbolçu yığmanın Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesabı ilə məğlub olduğu görüşü zəif keçirmədiyini düşünür:

“Avstriya ilə oyunu stadiondan canlı izləyirdim. Çətin olacağı bəlli idi. Ancaq evdə çıxış etdiyimiz üçün ən azı bir xala ümid bəsləyirdik. Rəqibin heyətində ciddi itkilər var idi ki, bu da komandamıza fürsət yaratmışdı. Meydanı ən azı heç-heçə ilə tərk edə bilərdik. Əslində, yığmamız pis çıxış etmədi. Təəssüf ki, qol imkanlarından yararlanmaq mümkün olmadı”.

Yarımmüdafiəçinin fikrincə, millinin uğursuz nəticələri baş məşqçi ilə əlaqəlidir:

“Millimizin çox yaxşı heyəti, yüksək keyfiyyətə malik futbolçuları var. Sadəcə, onları oynatmağı bacaran məşqçi lazımdır. Baş məşqçi amili böyük rol oynayır”.

Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda sona iki tur qalmış 4 xalla 4-cü pillədə qərarlaşıb. Baş məşqçi Canni De Byazinin AFFA ilə müqaviləsinin müddəti isə noyabrın sonuna qədərdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir