Cəmiyyət

Azərbaycanda qadınların qorunması üçün verilən qısamüddətli mühafizə orderlərinin sayı artıb

Sharing is caring!

Azərbaycanda zorakılığa məruz qalan qadınların qorunması üçün verilən qısamüddətli mühafizə orderlərinin sayı ötən illə müqayisədə iki dəfə artıb.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliya İbrahimova deyib.

O bildirib ki, ötən il 146 qısamüddətli mühafizə orderi verilib:

“Onlardan 46-sı Dövlət Komitəsinin müdaxiləsi ilə olub. Qalanlar isə yerli icra hakimiyyətlərinin rolu var”.

Şöbə müdiri söyləyib ki, ötən il 12 uzunmüddətli mühafizə orderi verilib:

“Bu sayın az olmasına səbəb hüquqi boşluq olmasıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir