Cəmiyyət

Azərbaycanda məşhur turizm zonasında iaşə obyektlərinin sahibləri cərimələniblər

Sharing is caring!


Tullantıların düzgün idarə olunmamasına görə iaşə obyektlərinin sahibləri cərimələniblər.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən “Flaminqo” ailəvi istirahət mərkəzindən və “Laçın” kafesindən ətrafa tullantıların atıldığı və çirkab suların axıdıldığı müəyyən edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, faktlarla bağlı “Flaminqo” istirahət mərkəzinin sahibi Elvir Qasımov və “Laçın” kafesinin sahibi Nicat Cəfərov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb. Ərazilər tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi üçün iaşə obyektlərinin sahiblərinə icrası məcburi göstəriş verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir