Kriminal

Şantajla pul tələb etməkdə təqsirləndirilən baş redaktorla bağlı QƏRAR

Sharing is caring!


Ali Məhkəmədə Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilmiş jurnalistlər – Asəf Novruzov və Məhsud Səfərovun barələrindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların şikayəti təmin edilməyib.

Xatırladaq ki, “Cia.az” informasiya portalının rəhbəri Asəf Baxşəli oğlu Novruzovun həmin saytın əməkdaşı Məhsud Səfər oğlu Səfərovla əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Asəf Novruzov və Məhsud Səfərov həmin məcəllənin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ittiham olunan şəxslərin hər biri 7 il azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsində araşdırılan işlə bağlı qüvvədə olan hökm dəyişdirilib. Qərara əsasən, Asəf Novruzov və Məhsud Səfərovun cəzası 5 ilə endirilib. Hökm qalan hissələrdə qüvvədə saxlanılıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir