Cəmiyyət

Zaqatalada üç avtomobil toqquşub: Xəsarət alanlar var – FOTO

Sharing is caring!

Zaqatalada üç minik avtomobili toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Tala kəndi ərazisində baş verib.

Rayonun Aşağı Tala kənd sakini 1953-cü il təvəllüdlü Didiy Soltan oğlu Qazıyevin idarə etdiyi VAZ-2106 markalı minik avtomobili ilə rayon sakini Rəhman İsmayılovun idarə etdiyi VAZ-2106 markalı minik avtomobili toqquşub. Qəzadan sonra hər iki avtomobil yolun kənarında dayanan Osman Donbulova məxsus VAZ-2106 markalı minik avtomobilinə dəyib.

Qəza zamanı sürücülərdən Didiy Qazıyev və onun sərnişini rayonun Yuxarı tala kənd sakini 1957-ci il təvəllüdlü Müzəffər Rəcəb oğlu Şıxamirov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Müayinədən sonra Didiy Qazıyevin xəsarəti yüngül olduğundan ona lazımi yardım göstərildikdən sonra evə buraxılıb. Müzəffər Şıxamirovun müayinə və müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir