İdman

“Gent” “Qarabağ”la oyun ərəfəsində problemlə üzləşib

Sharing is caring!

Belçikanın “Gent” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu ərəfəsində problemlə üzləşib.

“Report” xəbər verir ki, bunu komandanın baş məşqçisi Heyn Vanhazebruk yerli mətbuata açıqlamasında deyib.

Təcrübəli mütəxəssis ölkə çempionatında “Oud-Heverlee Leuven” üzərində 2:0 hesablı qələbə qazandığı görüşdən sonra zədəlilərin çoxluğundan şikayətlənib:

“İndi avrokubok matçı öncəsi çoxlu zədəlimiz və formada olmayan oyunçularımız var. Komandamın vəziyyətini bilirəm. Ancaq bu problemlərə görə təslim olmayacağıq. Həm çempionatda, həm də Konfrans Liqasında mübarizəmizi davam etdirmək istəyirik”.

Qeyd edək ki, fevralın 23-də keçiriləcək “Gent” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir