Cəmiyyət

Sumqayıt sakinləri kanalizasiya problemindən əziyyət çəkirlər – VİDEO

Sharing is caring!


Sumqayıt şəhərindən keçən “Acıdərə” kanalında antisanitar vəziyyət yaranıb.

“Yaşıl dərə” yaşayış massivinin sakinləri kanalın qapalı sistemə salınmamasından şikayətlənirlər.

Yay fəslində üfunətdən ərazinin keçilməz olduğunu söyləyən sakinlər qışda buranın bataqlığa çevrildiyini bildirirlər.

İllərlə davam edən problemə görə sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, praktiki olaraq heç bir tədbirin görülmədiyini söyləyirlər. Onların sözlərinə görə, hər dəfə müraciətdən sonra aidiyyəti qurumların nümayəndələri əraziyə, sadəcə, baxış keçirib gediblər.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, “Acıdərə” kanalının şəhərin mərkəzindən keçən hissəsində artıq işlər yekunlaşıb:

“Kanalın qapalı sistemə salınması üçün beton kanalizasiya sistemi inşa edilib. Bu istiqamətdə işlərin davam etdirilməsi, yəni açıq qalan hissələrin də boruya salınması nəzərdə tutulub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir