Cəmiyyət

Azərbaycanlı tələbə dünyaca məşhur “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb

Sharing is caring!

BANM-in təhsilini ABŞ-də davam etdirən məzunu dünyaca məşhur “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Bakı Ali Neft Məktəbindən 2022-ci ildə məzun olmuş və hazırda Mərkəzi Florida Universitetində Kibertəhlükəsizlik üzrə doktorantura təhsili alan Sənan Həsənov cəmi beş ay ərzində yazdığı proqram vasitəsilə “Linux” əməliyyat sistemində iki kritik boşluq tapıb. Mərkəzi Florida Universitetinin rəhbərliyi, kibertəhlükəsizlik laboratoriyası və “Linux” proqramçıları təşəkkür və təbriklərini Sənan Həsənova çatdırıblar.

Qeyd edək ki, Sənan Həsənov Bakı Ali Neft Məktəbinin “proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasından illik 100 000 dollardan çox təqaüdlə birbaşa Mərkəzi Florida Universitetinin doktorantura pilləsinə qəbul almışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir