Cəmiyyət

Bakıda motosikletçini avtomobil vurub, daha sonra üzərindən keçib

Sharing is caring!

Bakının Xətai rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Babək prospektində 1995-ci il təvəllüdlü Cəfərov İlkin Saleh oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Daha sonra avtomobil motosikletçinin üzərindən keçib. Ağır xəsarətlər alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir