Cəmiyyət

Narkologiyada tam sağalmaq yoxdur

Sharing is caring!

“Xəstə müvəqqəti sağala bilər”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

Həkimin sözlərinə görə, dünyada 3 faiz insan bu xəstəlikdən geri qayıdır:

“Xəstənin müvəqqəti sağalma və dayanma dövrü var. Çox kiçik bir rəqəmdir. Həmin şəxslər boş olan zaman ağıllarına lazımsız fikirlər gəlir. Maksimum dərəcədə bu şəxslərin müalicədən sonra boş vaxtı məhdud olmalıdır”.

O.Cəfərov əlavə edib ki, müayinədən keçmək üçün müraciət edənlərin anonimliyi qorunur:

“Tək şəxsiyyət vəsiqəsi ilə gəlib, müayinədən keçə bilərlər. Xəstələr ilk xəstəxana dövrünü yaşamalı, daha sonra reabilitasiyaya yönəlməlidirlər. Çünki ilk olaraq orqanizm təmizlənməlidir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir