Dünya

Boris Conson Ukraynaya gedib – FOTO

Sharing is caring!

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson yanvarın 22-də Ukraynaya gedib. O, Kiyev vilayətinin Buça şəhərində görüntülənib.

Conson Borodyankaya da səfər edib və Rusiya bombardmanlarının nəticələrilə yaxından tanış olub.

Keçmiş hökumət başçısı həmçinin Rusiya ordusunun törətdiyi dağıntıları araşdırıb, işğal zamanı neçə nəfərin həlak olması və ərazinin azad edilməsindən sonra neçə nəfərin öz evlərinə qayıda bildiyi ilə maraqlanıb.

O, Buçada müharibə qurbanlarının kütləvi məzarını da ziyarət edib.

Consonun səfərinin təfərrüatları hələlik məlum deyil.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir