Cəmiyyət

65 yaşdan yuxarı 273 nəfər narkotik maddə istifadəçisidir

Sharing is caring!

“Yaşı 15-17 aralığında olan 11 nəfər psixatrik maddədən istifadə edir”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

Onun sözlərinə görə, 2022-ci ilin hesabatına əsasən, ölkə üzrə 35 097 nəfər narkotik maddə istifadəçisidir:

“Onlardan 572-si qadındır. 273 nəfər isə 65 yaşdan yuxarı olanlardır. Narkotik maddələrdən istifadə edənlərin sayı ildən-ilə artır. Bu da özünəməxsus təsirlərini göstərir.

Narkotik vasitələri qəbul edən şəxslər ilk müddətdə bunu məharətlə gizlədirlər. İlk olaraq yuxusuzluq problemi ilə üzləşirlər. Əlamətlər isə hər narkotik vasitədən asılı olaraq dəyişir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir