Cəmiyyət

Lənkəranda avtomobil piyadanı vurub

Sharing is caring!

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonun Göyşaban kəndi ərazisindən keçən hissəsində bas verib.

Yolu keçmək istəyən piyada, rayonun Boladi kənd sakini – 1959-cu il təvəllüdlü Əyyaz Turab oğlu Heydərovu avtomobil vurub.

Sürücü dərhal onu Lənkəran Rayon Mərkəzi xəstəxanasına catdırıb. Yaralıya ilkin tibbi yardim göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir