İqtisadiyyat

Vüqar Gülməmmədov: “Aşkar edilmiş təhriflərin məbləği 290 milyon manatdan çoxdur”

Sharing is caring!


“Dövlət maliyyəsinin hesabatlılığının yaxşılaşdırılmasına xidmət edən addımlardan biri də maliyyə hesabatlarının auditi üzrə müəyyən edilmiş təhriflərdə düzəlişlərin aparılması hesab oluna bilər”.

Oxu.Az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2021-22-ci illər üzrə nəticələrinin təhlili göstərir ki, bir milyard manatdan çox əhəmiyyətli təhrif məbləğinin əsas hissəsi üzrə müvafiq mühasibat yazılışları verilməklə düzəlişlər edilib:

“2023-cü ilin səkkiz ayında isə bu sahədə aşkar edilmiş təhriflərin məbləği 290 milyon manat çox təşkil edir. Təhlillərimiz müəyyən olunan təhriflərin əksər hallarda qurumlar tərəfindən beynəlxalq maliyyə hesabatları çərçivəsinin tam mənimsənilməməsindən irəli gəldiyini göstərir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir